"Qarabağ" rəsmiləri “Portimonense”nin idman direktoru ilə görüşüb
27.08.2025 - 00:01
"Qarabağ" rəsmiləri “Portimonense”nin idman direktoru ilə görüşüb

"Qarabağ" Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək. Bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub.

Apasport.az xəbər verir ki, Ağdam klubunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb.

Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.