Avropa klublarının reytinqi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın bir təmsilçisi yer alıb.
Qitənin 159 komandası arasında “Qarabağ” da var. Aktivində 145,5 xal olan ağdamlılar siyahıda irəliləyərək, ilk “50-liy”ə düşüb. 50-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələrindən bir addım yuxarıdakı komanda İngiltərə nəhəngi “Mançester Yunayted”dir.
Reytinqə düşən Türkiyənin 7 klubundan yalnız “Qalatasaray” Azərbaycan çempionundan öndədir. “Cim-bom” 153 xalla 44-cüdür.
Siyahıya 291 xalla “Liverpul” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Çelsi” (283 xal) ikinci yerdədir. İspaniya və İngiltərə çempionları “Real”la “Mançester Siti” aktivlərindəki 252 xalla 3-cü pilləni bölüşdürürlər.
Qeyd edək ki, 301 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 78-ci yerdədir.
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Qurban Qurbanov: "Ayaks"ın Bakıya gəlməsi, bizim üçün avantajdır"
- “Napoli”nin futbolçusu əməliyyat olunacaq
- “Böyük dəbilqə”: Murad Fətiyev bürünc medal qazanıb
- “Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşdi