Azərbaycan kubokunun 2021/22 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdə mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Ramin Musayev təqdim edib.
Öncə “Qarabağ” – “Zirə” matçının (1:1, p.4:3) ədalət təmsilçiləri xatirə hədiyyələri alıb. Hakimlər briqadası, hakim-inspektor və AFFA nümayəndəsi fəxri kürsüyə qalxıb.
Ardınca finalda uduzan “Zirə”nin üzvləri mükafatlarını alıblar. Ən sonda kürsüyə “Qarabağ”ın oyunçuları çıxıb. Öncə futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub. Sonda komandanın kapitanı Maksim Medvedev kuboku başı üzərinə qaldırıb.
- UEFA prezidenti Ukraynanın DÇ-2030-a ev sahibliyi etməsini dəyərləndirdi
- “Sabahın Ulduzları” Bakı Kubokunun U-14 yaş qrupunda səkkizinci tura yekun vurulub
- Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
- Nadir Nəbiyev: "Runi Eva ilə razılıq əldə edə bilməsək, digər futbolçulara baxacağıq" - MÜSAHİBƏ
- “Neftçi” 3-cü yerə sahib çıxdı