“Qarabağ”ın qapıçısı Mateuş Koxalski zədəsini sağaldıb.
Apasport.az saytına verilən məlumata görə, polşalı qolkiper komandanın məşqlərinə qoşulub.
O, Ağdam təmsilçisinin dünənki məşqində iştirak edib.
Koxalski zədə səbəbindən Avropa Liqasının 7-ci turunun FKSB görüşünü buraxıb. Qapıçı zədəsini tam sağaltdığı üçün “Qarabağ”la birlikdə “Olimpiakos”la matç üçün Pireyə yollanıb.
Məlumata görə, Avropa Liqasının sonuncu turunun oyununda “Qarabağ”ın qapısı məhz Koxalskiyə tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı polşalı mövsümün əvvəlində Ağdam klubuna keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- "Turan Tovuz" "Şamaxı" səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- “Fənərbaxça”da prezident seçkiləri başa çatdı - RƏSMİ
- Ağasəlim Mircavadov: “De Byazi necə vaxt istəyirdisə, yenisi də eynisini edəcək”
- "Atletiko"da yeni müqavilə
- Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda master klass təşkil olunub