“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bugünkü püşkatmada “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü birinci qrupda yer alacaq.
Təmsilçimizin yer aldığı cüt səpələnmiş olacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, üç variantdan biri ilə qarşılaşacaq.
Ağdamlılar “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə görüşə bilər.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
- İspaniya Superkuboku: “Barsa” finalda
- Mahir Emreli: "Hər bir hücumçunun istəyi qol vurmaqdır"
- Mehman Allahverdiyev: "Onlara elə futbolu bilməyənlər lazımdır ki, pul qazansınlar"
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- Mətbuat xidməti əməkdaşları üçün seminar keçirildi