"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, UEFA bugünkü püşkatma ərəfəsində komandaları qruplara bölüb.
Azərbaycan çempionunun Polşa “Rakuv”u ilə təşkil etdiyi cütün qalibi üç mümkün rəqibdən biri ilə görüşəcək. “Qarabağ” bu mərhələni keçsə, "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərindən birinin qalibi və ya əvvəlki turlardan azad olan AEK (Yunanıstan) ilə görüşəcək.
III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da keçiriləcək. Cavab matçları isə ayın 15-də baş tutacaq.
Qeyd edək ki, bugünkü püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
- “Qarabağ”ın kubok qaldıracağı oyunun biletləri satışa çıxarılıb
- Millimiz Litvada son məşqinə çıxıb - FOTO
- Boksçularımız Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
- Əfran İsmayılov: “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə...” - MÜSAHİBƏ