"Qarabağ" UEFA Gənclər Liqasında növbəti matçını keçirəcək
25.11.2025 - 09:17
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri 3 xalla 25-cidir.
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- “Kəpəz” “Sumqayıt” matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
- "Tottenhem" İngiltərə millisinin hücumçusunu heyətinə qatmaq istəyir
- Portuqaliya klubunda yeni baş məşqçi
- “Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ
0
0