“Qarabağ” xal qazandı, mövqeyini qorudu
17.10.2022 - 13:07

Avropanın top komandalarının reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.
Azərbaycan reytinq cədvəlində üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.
Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri 212 xala malikdir. Ötən siyahı ilə müqayisədə aktivini bir xal zənginləşdirən Ağdam klubu Avropanın 77-cisi mövqeyini qoruyub.
Digər klublarımız cədvəlin ikinci yarısındadır. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 391-cidir.
Qeyd edək ki, siyahıya 2311 xala malik “Real” başçılıq edir.
- Vadim Abdullayev: "Hər çətinliyin ardından gözəl günlər gəlir"
- "Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- "Pulumu verin, gedim" - Ziyeşdən "Qalatasaray"a şərt
- Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 3 medal
0
0