“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
12.06.2025 - 19:48
Azərbaycan çempionu "Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.
Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.
Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" növbəti mərhələdə Avstriyaya yollanacaq.
- 90 milyona satılmayan futbolçu ilə yeni müqavilə
- "Aston Villa" "Latsio"nun futbolçusu ilə maraqlanır
- Bəhlul Mustafazadə: "Futbolda bir epizod səni qəhrəman da edər, biabır da" - Müsahibə
- Miro Varvodiç: "Qarabağ"a inamım böyükdür”
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
0
0