“Qarabağ”da itki
13.10.2022 - 22:05
“Qarabağ”ın heyətində itki baş verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Kadi Borqes ikinci hissədə əvəzlənib.
Buna səbəb braziliyalı hücumameyilli oyunçunun birinci hissədə zədələnməsi olub. İlk yarı ərzində axsayaraq mübarizə aparan futbolçu uzun müddət meydanda qalsa da, ikinci hissənin gedişində əvəzlənməli olub. Baş məşqçi Qurban Qurbanov 62-ci dəqiqədə onun yerinə Filip Ozobiçi meydana buraxıb.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” matçında hazırda hesab 0:0-dır.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Türkiyədə baş tutan xatirə turnirinə yekun vurulub
- UEFA millimizin matçında səhv edildiyini qeydə alıb
- Qurban Qurbanov “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşuldu - VİDEO
- Sadiq Quliyev "Səbail"də
0
0