“Qarabağ”da yeni MÜQAVİLƏ
30.05.2023 - 14:00
“Qarabağ” futbolçulardan biri ilə müqavilə müddətini uzadıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Riçard Almeydanı heyətində saxlayıb.
Azərbaycan millisində karyerasını başa vuran Braziliya əsilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Tərəflər 1 illik anlaşıb. 34 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Azərbaycan çempionunun formasını geyinəcək.
Qeyd edək ki, Riçard 2012-ci ildən fasilələrlə “Qarabağ”da çıxış edir. O, bu müddətdə “Astana”, “Bani Yas” və “Zirə”də də forma geyinib.
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Azərbaycan komandasının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi
- İdmançılar Parisdə qida çatışmazlığından narazıdırlar
- Boksçularımız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
0
0