2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "köhlən atlar"a transfer olunub.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin heyətində çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay transfer pəncərəsində "Qarabağ"ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi kluba qoşulub.
- Rəşad Sadıqov: “Titul qazanmaq üçün daha çox şeyə ehtiyac var”
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
- Çalhanoğlunun uğurlu seriyası qırıldı
- Sambo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib
- Taekvondoçularımız ilin ilk yarışı üçün Türkiyəyə yollanır