Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” ardıcıl dörd oyunda qol vurub.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri yalnız mövsümün ilk görüşündə bunu bacarmayıb.
Həmin vaxt ağdamlılar Polşada “Lex”ə uduzub – 0:1. Poznanlılarla cavab görüşü (5:1), İsveçrə “Sürix”i ilə hər iki oyun (3:2, 2:2) və Macarıstan “Ferensvaroş”u ilə ilk sınaqda (1:1) təmsilçimiz rəqib qapısına yol tapıb.
Bu, Azərbaycan klublarının Çempionlar Liqasındakı rekordunun təkrarıdır. “Qarabağ”dan başqa heç bir komandamız qitənin ən nüfuzlu klub turnirində bunu bacarmayıb.
Ağdamlılar 2019-cu ildə də ardıcıl 4 oyunda qol vurub. Maraqlıdır ki, həmin vaxt da seriya I təsnifat mərhələsinin cavab görüşündə başlayıb.
Qurbanovun yetirmələri son dörd görüşdə həm də qol buraxıb. Yəni bu qarşılaşmaların hamısı Q/Q bitib. Bu da bir ilkdir. Azərbaycanın heç bir klubu Çempionlar Liqasında ardıcıl 4 dəfə Q/Q oynamayıb.
- Arnar Qunnlauqsson: “Azərbaycan millisi düz yoldadır”
- Gürcü hücumçu bu göstəricidə ilk pillədədir
- Boksçularımız Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qol rekordu təkrarlanıb
- İdmançımız Dünya Olimpiya Təsnifat Turnirində mərhələ keçdi