“Qarabağ”dan yeni transfer - RƏSMİ
27.08.2026 - 22:15
"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşanın "Qurnik" (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan təmsilçisinə keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.
Norveçdə "Şeyd", "Fredrikstad", "Volorenqa", Fransada "Loryan", Belçikada "Beveren"də çıxış edən hücumçu 2024-cü ildə "Qurnik"ə keçib. Nigeriyalı futbolçu "Lex"də də forma geyinib.
- “Sabah” “Lill”lə anlaşdı: Fransız futbolçu ilə 4 illik müqavilə
- Burkina-Faso millisinin üzvü "Bayer"də qalacaq - RƏSMİ
- A Seriyası: Lider 3 xalı 1 qolla qazandı
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
0
0