“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşdi
18.07.2022 - 14:08
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, bu turnirdəki təmsilçimiz “Qarabağ”ın potensial rəqibi müəyyənləşib.
II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.
- Azərbaycanın fiqurlu konkisürəni ilk dəfə Avropa çempionatında iştirak edəcək
- Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"
- Muslera üçün kabus kimi mundial - Səhvlər və erkən əvəzlənmə
- Şahmat Federasiyasında iclas keçirilib
- Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
0
0