"Qarabağ"ın ÇL-də rəqibi bəlli oldu
01.08.2024 - 01:19
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu, "Ludoqorets" olub. Bolqarıstan təmsilçisi 2-ci mərhələnin cavab görüşündə Minsk "Dinamo"suna 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.
"Qarabağ"la "Ludoqorets" arasında ilk görüş avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Bolqarıstanda olacaq.
Qeyd edək ki, "Qarabağ" 2-ci mərhələdə Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdırıb - 2:0, 5:0.
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- "Real" təslim olmur: Kritik 3 xal
- Naxçıvan təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi
- Millimizin Türkiyə ilə oyunları üçün heyəti açıqlanıb
- "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibi bəlli oldu
0
0