“Qarabağ”ın əcnəbi futbolçuları milliyə çağırıldı
15.11.2022 - 11:12
“Qarabağ”ın iki əcnəbi futbolçusu növbəti dəfə milli komandasına çağırılıb.
Apasport.az saytının məlumatına görə, söhbət müdafiəçi Marko Veşoviç və Marko Yankoviçdən gedir.
Adıçəkilən oyunçular qarşıdakı yoldaşlıq görüşlərində iştirak etmək üçün Monteneqro yığmasına dəvət alıblar. Markolar Slovakiya və Sloveniya ilə matçlarda məşqçilər korpusunun sərəncamında olacaq.
Qeyd edək ki, Monteneqro yığması noyabrın 17-də Slovakiya, üç gün sonra isə Sloveniya ilə qarşılaşacaq.
- "Arsenal" "Nyukasl"ı məğlub edə bilmədi, məşqçilər mübahisə etdilər
- "Fənərbaxça"nın prezidentindən sərt AÇIQLAMA
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
- “Neftçi” - “Qarabağ” matçında neçə azarkeş olacaq?
- "Mançester Siti" 49 milyon avroya aldığı futbolçu ilə yolları ayırır
0
0