“Qarabağ”ın ev oyunlarının yeri dəyişdirildi
21.10.2022 - 14:57
“Qarabağ”ın Premyer Liqada ev oyunlarını keçirdiyi “Azersun Arena” təmirə bağlanıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, adıçəkilən arenanın ot örtüyündə renovasiya işləri aparılıb. Bu üzdən Ağdam təmsilçisi növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Qurban Qurbanovun yetirmələri ölkə çempionatının XIII turu çərçivəsində noyabrın 6-da “Kəpəz”i məhz mərkəzi arenada qəbul edəcək.
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- Paulu Bentu Ronaldonu "yalançı" çıxardı
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- Millimizin sabiq üzvündən UWW-yə tənqid: "Oğul və qızlarımızı itiririk..."
0
0