“Qarabağ”ın futbolçusu Türkiyə klubuna keçir
09.09.2024 - 12:31
“Qarabağ”ın futbolçusu Hamidu Keyta karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Fransalı hücumçu “Konyaspor”la razılaşıb. Super Liqa təmsilçisinin Keyta ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Keyta bu gün Konyaya gedərək, yeni klubuna keçidini tamamlayacaq.
Hamidu bu mövsüm 7 oyunda 1 qol vurub.
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- MDB Oyunları: "Bakıya ən yaxşı futbolçularımızı gətirmişik"
- Bosniyaya qarşı ani zərbə - Larin 121 saniyəyə hesabı dəyişdi
- Mahir Emreli: "Mənim addımım onlara cəsarət verməlidir"
- UEFA Şotlandiya millisinin futbolçusunu cəzalandırdı
0
0