"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə üçün ərəb klublarından təklif gəlib.
Apasport.az saytına verilən məlumata görə, Səudiyyə Ərəbistanı yüksək liqasında çıxış edən klub Axundzadəni transfer etmək istəyir. Hətta bununla bağlı "Qarabağ"a təklif də gəlib.
Lakin Nəriman özü komandadan ayrılmaq istəməyib. Onun böyük ehtimalla Səudiyyə Ərəbistanına yollanması reallaşmayacaq.
Futbolçu "Qarabağ"da qalıb, bu klubda oynamaq istəyir. Legioner həyatını isə qarşıdakı illərdə Ərəbistanda yox, Avropada yaşamaq istəyir.
Qeyd edək ki, U-21 yığmamızın forvardının “Qarabağ”la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
- Jorj Kaşkilya: “Sabah” yüksək pressinq göstərirdi, amma biz fiziki cəhətdən hazır idik"
- “Qarabağ” darmadağınla növbəti mərhələdə!!! - YENİLƏNİB
- Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcək
- Günün matçları bu kanallarda - TV AFİŞA
- Birinci Liqa: “Mingəçevir”dən qələbə, Qəbələdə hesab açılmadı - YENİLƏNİB