“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabenanın Azərbaycana qayıdışı reallaşa bilərmiş.
Belə ki, Kadi Borgesdən öncə qanalı hücumçuya Misli Premyer Liqasından təkliflər gəlib.
Apasport.az saytına verilən məlumata görə, Ovusunun “Qarabağ”a qayıdışı gündəmdə olmayıb.
Onun xidmətində iddialı klublarımız maraqlı olub. Lakin futbolçunun maliyyə şərtləri çox yüksək olduğu üçün Ovusunun Azərbaycana qayıdışı baş tutmayıb.
Belə ki, klublarımız 27 yaşlı futbolçunun icarəsi üçün belə o səviyyədə yüksək məbləğ ödəmək istəməyiblər. Beləcə, Kvabena “Ankarügücü”nə yollanıb.
Qeyd edək ki, müqavilə ilə “Ferentsvaroş”a məxsus olan Ovusu 2020-23-cü illərdə “Qarabağ”da çıxış edib.
- Superkubok yarımfinalında geri addım: TFF qərarı yenidən müzakirə edəcək
- Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə qarşılaşacaq
- “Səbail”in qış hazırlıq planı müəyyənləşib
- Xabi Alonsonun qərarında "Real Madrid" detalı
- Azərbaycan millisinin baş məşqçisi: "Digər oyunlara hazırlaşmalıyıq"