“Qarabağ”ın legioneri Fransa klublarının təklifini qəbul etməyib
02.04.2024 - 17:54

“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təklifindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə əlcəzairli yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında deyib.
O, təkliflərin II Liqa təmsilçilərindən gəldiyini bildirib: “Amma özümü aşağı liqa səviyyəsində təsəvvür etmədim. Əla mövsüm keçirirəm və “Qarabağ”da xoşbəxtəm. Planladığımız nəticələrə nail oluruq”.
Qeyd edək ki, Yassin Benzia bu mövsüm Ağdam təmsilçisinin heyətində ümumilikdə 41 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sərxan Hacıyevdən açıqlama - Yeni baş məşqçi yerli, yoxsa əcnəbi olacaq?
- “Araz-Naxçıvan” “Yuventus”un sabiq qapıçısı ilə danışıqlara başladı
- Şəhriyar Əliyev: "Zirə" son dönəmlərin ən ideal formada olan komandasıdır"
- Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
- İbrahimoviç nə vaxt qayıdır?
0
0