 
                    "Qarabağ"ın danışıq apardığı polşalı qapıçı Mateuş Koxalski bu həftə Azərbaycana gələcək.
Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı xəbər yayıb.
Xəbərdə bildirilir ki, "Stal"a məxsus 24 yaşlı qolkiper Bakını görmək və klubun çəraiti ilə tanış olmaq üçün Bakıya gəlir. Polşa klubunun "Qarabağ"ın təklifini qəbul etdiyi və bu transfer üçün Ağdam təmsilçisinin 1 milyon avroya yaxın ödəməyə razı olduğu da qeyd olunub. Hər şeyin isə qapıçının verəcəyi qərardan asılı olduğunu vurğulanıb.
Qeyd edək ki, Koxalski karyerası ərzində "Legiya", "Radomiak" klublarında da çıxış edib. "Stal"la 2025-ci il iyununa qədər müqaviləsi olan qolkiper Polşa millisinə də dəvət alır.
- İsnik Alimi: “Kubokun favoriti deyilik və olmaq da istəmirik” - MÜSAHİBƏ
- Afrika Millətlər Kubokunda pley-offa vəsiqə qazanan komandalar bəlli oldu
- İsmayıl Zülfüqarlı: “Çempion olsaq, ili uğurlu hesab edə bilərik” - MÜSAHİBƏ
- Qitə çempionatı Almaniya büdcəsinə nə qədər xeyir verəcək?
- “Rollan Qarros”da 90 qələbə
 
             
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                