"Qarabağ"ın U-19 komandasının "Ayaks"la matçının təyinatları açıqlanıb
08.12.2025 - 13:56
"Qarabağ"ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşü FIFA referisi Marton Ruş idarə edəcək. Ona Gerqo Viq-Tarsonyi və Balaş Şalay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.
- "Yeni stadionumuzda azarkeşlərimizin daha çox olacağına inanıram"
- "Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub
- Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
- Madrid təmsilçisinin yeni transferi sıradan çıxdı
- Sərbəst güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayacaqlar
0
0