Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Klubdan Apasport.az-a verilən məlumata görə, “Bakcell Arena”dakı “Türk Hava Yolları Lounge”da baş tutan iclasda əvvəlcə üzvlərə son 5 ildə görülən işlərlə bağlı hesabat verilib.
Daha sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında məlumat verilib.
İclasdan sonra Müşahidə Şurasının üzvləri A komanda ilə görüşüb və onlara sabah Premyer Liqanın XVI turu çərçivəsində keçiriləcək “Qarabağ” komandası ilə görüşdə uğurlar arzulayıblar.
- “Quba”nın baş məşqçisi: “İstədiyimizi bacardıq”
- “Siti”dən 8 qollu qələbə, “Liverpul” növbəti mərhələdə
- Elvin Yunuszadə: "İmişli"nin məqsədlərinə çatmasına kömək olacam" - Müsahibə
- “Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı bilindi
- Qızıl medal qazanan idmançı: “Xankəndinin havasını, mətbəxini çox bəyəndim”