Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”ı qəbul edəcək “Nant”ın heyətində itkilər var.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun baş məşqçisi Antuan Kombuare deyib.
Çalışdırıcı bildirib ki, iki müdafiəçinin xidmətindən məhrumdur. Bunlar braziliyalı Fabio və malili Şarl Traoredir. Afrikalı oyunçu uzun müddətdir zədədən əziyyət çəkirsə, Fabio da sonuncu dəfə məhz “Qarabağ”la Bakıdakı qarşılaşmada meydanda olub.
Kombuare hər iki futbolçunun hələ hazır olmadığını, Liqa1 çərçivəsində sabah “Nitsa” səfərinə aparılmayacağını açıqlayıb. Onların “Qarabağ”la ev görüşündə də iştirakı gözlənilmir.
Qeyd edək ki, “Nant” – “Qarabağ” oyunu oktyabrın 27-də keçiriləcək. Hazırda Azərbaycan çempionu 7 xalla yer aldığı qrupda ikinci, fransızlar isə 3 xalla üçüncü pillədə qərarlaşır.
- Millimizin oyunçusu: “Ən azı martadək zirvədəki yerimizi qoruyacağıq”
- III MDB Oyunları: Azərbaycanın daha 6 boksçusu yarımfinala yüksəlib
- "Qalatasaray"ın UEFA siyahısına əlavə etdiyi adlar açıqlanıb
- Azərbaycan çempionatında 10 dəst medal sahibini tapdı
- “İnter” 18 yaşlı futbolçu üçün mübarizəyə başlayıb