Qavi İspaniya millisinin tarixinə düşüb
23.11.2022 - 21:48

Qavi İspaniya millisinin tarixinə düşüb.
Apasport.az xəbər verir ki, "Barselona"nın yetirməsi DÇ-2022-nin I turunda Kosta-Rika ilə oyunda qol vurmaqla buna nail olub.
O, "qırmızı furya"nın heyətində mundiallarda fərqlənən ən gənc futbolçu ünvanına yiyələnib - 18 yaş 110 gün.
Qavi həmçinin dünya çempionatları tarixində Peledən sonra qol sevinci yaşayan ən gənc oyunçu olub. Əfsanəvi braziliyalı futbolçu DÇ-1958-də İsveçlə oyunda 17 yaş 249 günlük olarkən qol vurmağı bacarıb.
Qeyd edək ki, İspaniya millisi hazırda Kosta-Rikaya 5:0 hesabı ilə qalib gəlir.
- Van Qaal futbolçusunu jurnalistlərin gözü önündə öpdü
- Kamal Quliyev: "Yaltaqlıq, düşüklük eləsəydim, AFFA-da vəzifədə olardım" - "Ofsayd"
- Gimnastlarımız Bakıdakı yarışda finala yüksəldilər
- Sumqayıtın futbolçusu: "Ümid edirik ki, azarkeşlər hər oyun stadionu dolduracaq" -Müsahibə
- "Neftçi" "Sumqayıt"ı, "NTD-İndiqo" "Xəzri"ni məğlub edib
0
0