Qazaxıstan Azərbaycana kapitansız gələcək
23.09.2022 - 10:09
Qazaxıstan millisi Azərbaycanla oyunu itki ilə çıxacaq.
Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupundakı rəqibimiz Asxat Taqiberqenin xidmətindən məhrum olub.
Qrupda 1-ci yeri təmin edən Qazaxıstan yığması iki gündən sonra 32 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.
“Tobol”un futbolçusu cəza səbəbindən Bakıda oynamayacaq. Komandasının kapitanı V turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.
Qeyd edək ki, Qazaxıstan 2:1 hesablı qələbə ilə qrup qalibi adını təmin edib.
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- “Bavariya” “Bayer”in futbolçusundan imtina edib
- Türkanda bədii gimnastika üzrə yeni bölmə yaradılıb
- "Qarabağ" - "Sabah" matçında rekord sayda azarkeş: 10361
- Ayxan Abbasov: “Məğlub olmamağımız sevindirici haldır”
0
0