"Qəbələ" 2 futbolçusu ilə vidalaşıb
31.01.2025 - 13:16
"Qəbələ" klubu iki futbolçusu ilə yollarını ayırıb, birini isə icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.
- Məhəmməd Muradlı yeniyetmələrlə görüşüb - FOTO
- “Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- “Kəpəz” darmadağın oldu, “Neftçi” uduzdu - YENİLƏNİR
- Cüdoçular arasında Ne-vaza üzrə ACF Kuboku keçirilib
0
0