“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.
“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komanda “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.
- Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
- "İnter" futbolçuları meydana qara sarğı ilə çıxacaqlar
- “Sumqayıt”ın legioneri azarkeşlərdən dəstək istəyib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- Rəşad Sadıqov: “Kəpəz” fərqlənsə, oyun fərqli məcrada keçəcəkdi”