"Qəbələ" MOİK-lə qarşılaşacaq
21.08.2025 - 13:51
"Qəbələ" MOİK-lə qarşılaşacaq

Bu gün "Qəbələ" yoxlama görüşü keçirəcək.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi I Liqada yarışan MOİK-lə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək matça 18:30-da start veriləcək.

Qeyd edək ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə qarşılaşacaq. Həmin oyun avqustun 25-də baş tutacaq.