Yeni mövsümə hazırlaşan “Qəbələ” qapıçı axtarışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisinin transfer siyahısında yer alan daha bir qolkiperin adı bəlli olub.
“Qırmızı-qaralar” hazırda klubsuz olan Ceremi Vaşouksun xidmətində maraqlıdır. “Sent-Etyen”in yetirməsi olan fransalı qapıçı “Lans”, “Orlean”, “Dunkerk”, “Karabobob”da da forma geyinib.
29 yaşlı qapıçı Azərbaycanda oynamağa razılıq verib. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdıra bilsə, Ceremi yaxın günlərdə “Qəbələ”yə qoşulacaq.
Qeyd edək ki, Qəbələnin eyniadlı təmsilçisi gələn həftə Konfrans Liqasında mübarizəyə başlayacaq.
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- Konfrans Liqası: "Başakşehir" turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB
- “Mançester Yunayted” 40 milyona müdafiəçi ala bilər
- Futzal üzrə Azərbaycan millisi reytinqdə 29-cu pillədə qərarlaşıb
- Tolunay Kafkas "Fatih Karagümrük"də