“Qəbələ”də yeni müdafiəçi
04.07.2025 - 23:29
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.
- David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ
- “Kəpəz” darmadağın oldu, “Neftçi” uduzdu - YENİLƏNİR
- “Zirə”dən seriyaya davam, “Turan-Tovuz” uduzdu - YENİLƏNİB
- Belarus idman nazirinin müavini: "Gəncəyə gələndə nostalji hisslər keçirdim"
- "Zirə"dən ayrıldı, Albaniya klubuna keçdi
0
0