"Qəbələ" 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində “Cəbrayıl”la yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4:1 hesabı ilə qalib gəldiyi matçdan sonra bölgə klubunun baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini gabalafc.az-a açıqlayıb:
"Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin, yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu".
- Paulo Maldininin oğlu A Seriyasında klubunu dəyişib
- Berezutski: "Neftçi" ilə oyunda Elvin Camalov çox qeyri-peşəkar davranış sərgilədi"
- Valdas Dambrauskas: “Risk alacağıq”
- Murad Musayev: “Emosional olduğum üçün qırmızı vərəqə göstərirlər” - MÜSAHİBƏ
- AFFA nümayəndələri UEFA-nın tədbirində iştirak ediblər