“Qəbələ”nin U-15 komandasının futbolçusu Emil Təhməzov 10 oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya futbolçunun fevralın 2-də AFFA U-15 Liqasında “Asta”ya qarşı matçdan sonra hakimə fiziki təzyiq göstərməsi (əli ilə vurması) səbəb olub. Sözügedən liqada çıxış edən “Metak” komandasının baş məşqçisi Mehman Səfərov isə “Turan Tovuz”la görüşdə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb.
AFFA U-13 qızlar Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Etibar Həsənov da 5 oyunluq diskvalifikasiya olunub. Buna onun fevralın 1-də baş tutan “Şəfa” ilə görüşün 45-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.
- Rövlan Muradov: “Arzum ölkə xaricində oynamaqdır, statistika məni razı salmır” - MÜSAHİBƏ
- "Beşiktaş" və "Trabzonspor"dan asan qələbə
- Mbappe Messinin rekordunu qırdı
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Gimnastımız beynəlxalq yarışda qələbə qazanıb