“Qəbələ”nin müdafiəçisi əməliyyat olunacaq
28.05.2024 - 11:18
"Qəbələ"nin futbolçusu Murad Musayev Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi bu gün qardaş ölkədə əməliyyat ediləcək.
Ölkə çempionatının 2023/24 mövsümünün son turunda “Sumqayıt”la qarşılaşmada ciddi zədə alan Musayev oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalmışdı. Onun təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Musayevin əməliyyatı Ankarada baş tutacaq.
Qeyd edək ki, Premyer Liqanı tərk edən “Qəbələ” növbəti mövsümdə I Liqada oynayacaq.
- "Qalatasaray"ın yeni transferi İstanbula gəldi
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Sabiq baş məşqçisini qaytarmağa qərar verdi
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- "Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar
0
0