Azərbaycan kubokunun qalibi “Qəbələ”nin Konfrans Liqasındakı oyunlarının hakimləri bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
II təsnifat mərhələsinin “Omoniya” ilə ev oyununu Rumıniyadan olan ədalət təmsilçiləri idarə edəcək. İyulun 27-də Qəbələdə baş tutacaq görüşdə Andrey Çivulete baş hakim olacaq.
Sebastyan George və Daniel Mitruti ona kömək edəcək. Dördüncü hakim isə Horatsiu Feșniç olacaq.
Bir həftə sonra Kiprdə təşkil olunacaq qarşılaşmaya İsveç hakimləri təyinat alıb. Adam Ladebakın idarə edəcəyi görüşdə Markus Lundqren Klitte və Daniel İnq köməkçi, Yoakim Ostlinq dördüncü hakim olacaq.
Qeyd edək ki, ilk oyun saat 20:00-da, cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Ölkə kubokunun püşkatma mərasimi keçirilib
- Azərbaycan millisinin baş məşqçisi açıqlandı - Rəsmi
- Peşəkar Futbol Liqasının pley-off oyunları ilə bağlı məlumatı
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"