Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan "Qəbələ" yanvarın 3-də toplaşacaq.
Apasport.az xəbər verir ki, hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.
“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- II Liqa: “Şimal” və “Hypers”dən qələbə
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- Kubok oyunundan öncə "Qalatasaray"da ciddi itki