“Yığmamızın qələbə qazanacağına inanıram. Düşünürəm ki, əzmkar mübarizə aparacağıq”.
Bu sözləri apasport.az saytına açıqlamasında Qəzənfər Abbasov deyib.
MOİK-in baş məşqçisi Azərbaycan millisinin Slovakiya ilə matçını dəyərləndirib: “Rəqib çox güclü Slovakiya yığmasıdır. Lakin millimizə inanıram. Komandamızın əzmkar mübarizə aparacağını bilirəm. Hətta görüşdə qələbə qazanacağımızı düşünürəm. Millimizin oyununda irəliləyiş qığılcımları hiss olunur. Bu komandaya ümidim var. İnanıram ki, uğurlu nəticələr gələcək”.
Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün saat 20:00-da start götürəcək.
İsmayıl Xeyrullayev
- Xorvatiya pentakampeonları mundialdan kənarlaşdırdı - YENİLƏNİB
- Rodriqo qışda komandadan gedə bilər – İngiltərə klubları yarışda
- İtaliya millisinin üzvü "Barselona"ya keçir
- Samir Abasov: "Sabah mən burda olmaya bilərəm..."
- Yeqor Xvalko: “7 turda istəmədən rəqiblərə nə qədər belə hədiyyələr etmişik” - MÜSAHİBƏ