Qırğızıstan klubunun nümayəndələri “Neftçi”nin rəsmiləri ilə görüşüblər - FOTO
28.10.2025 - 18:24
Qırğızıstan Premyer Liqasında çıxış edən "Özgön" klubunun nümayəndə heyəti "Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin qonağı olub.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onlar Bakı kollektivinin baş icraçı direktoru Cenk Sümer, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və digər klub rəsmiləri ilə görüşüblər.
Tədbirdə klubların birgə əməkdaşlıq perspektivi müzakirə olunub və bununla bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar "Palms Sports" Futbol Mərkəzi ilə yaxından tanış olublar.
- Azər Bağırov: "Qəbələ" ilə matçda futbolçular yaxşı mübarizə apardılar"
- Atıcılarımız Dünya Kubokunda çıxış edəcəklər
- Yunanlardan 11 top buraxmış azərbaycanlı məşqçi: "Deməyə söz tapmıram"
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- Qadın güləşçilərimizdən Avropa çempionatında 3 medal
0
0