Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
23.12.2025 - 16:18
Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”

“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis “Neftçi”dəki işindən danışıb:

“Hər şey normal idi, sadəcə nəticə alınmırdı. “Neftçi” böyük brenddir, amma uzun müddətdir yüksək nəticələr əldə edə bilmir. Bu klubda səbrlə gözləmək adəti yoxdur. Komanda turnir cədvəlinin yuxarı pillələrində olmayanda və avrokuboklara vəsiqə qazanmayanda bu, həmin böyük klub üçün normal hal sayılmır. Nəticə olmayanda isə dərhal başqa məşqçi axtarılır ki, tezliklə uğur gəlsin”.

Roman komandanın yeni baş məşqçisi, həmyerlisi Yuri Vernidubun təyinatına da toxunub:

“Qarabağ”ı taxtdan salmaq çox çətin olacaq, amma düşünürəm ki, “Neftçi”nin məqsədi çempionluqdur. Mən bu komandaya gələndə də yalnız bir məqsədim var idi – ən yüksək yer və Çempionlar Liqası. Arzu edirəm ki, Yuri Nikolayeviç buna nail ola bilsin”.

Qriqorçuk 2024-cü ilin iyulundan oktyabrına qədər “Neftçi”yə rəhbərlik edib.