UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Apasport.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Henrik Ridströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.
- Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ
- Maqomedov finalda – Olimpiadaya lisenziya
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
- AVRO-2024 finalından sonra karyerasını bitirəcək
- “Neftçi” klubuna yeni baş icraçı direktor təyin edilib