
“Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bu, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında gerçəkləşib. Təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla 2 illik müqavilə bağlanıb.
Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.
Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.
- 5 ev sahibi seçmə mərhələsində oynayacaq - AVRO-2028-də
- Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
- Fransa klubundan antirekord: Liqa 1-də 3500 qol buraxan ilk komanda oldu
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
- “Barselona”da yeni rekordçu