Rahil Məmmədov Polşa klubundan ayrılıb
14.05.2025 - 11:54
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomiak” klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Rafal Yonczuk məlumat yayıb.
O, 29 yaşlı müdafiəçinin artıq şəhəri tərk etdiyini bildirib. Rahilin ayrılığı yaxın zamanda açıqlanacaq.
Rahil bu mövsüm Polşa klubunda 12 oyuna çıxıb. O, bir müddət idi əsas komandadan kənarlaşdırılmışdı.
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- Millimiz Danimarkanı məğlub edib
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- Azərbaycan millisi Avropa çempionu oldu!
0
0