Ramil kuboksuz qaldı
05.08.2023 - 21:07
Tailand Çempionlar kubokunun final matçı keçirilib.
Apasport.az-ın məlumatına görə, Ramil Şeydayevin çıxış etdiyi “Buriram” məğlub olub.
Ölkə çempionu və kubokunun qalibi olan “Buriram” ötən mövsümün ikincisi “Banqkok”la qarşılaşb. Ramilin komandası oyunun favoriti olsa da, 0:2 hesabı ilə uduzub. Şeydayev 90 dəqiqə meydanda olsa da, nəticənin dəyişməsinə kömək edə bilməyib.
Qeyd edək ki, Tailand çempionatı avqustun 12-də start götürəcək. “Buriram” ilk turda “Khonkaen”lə qarşılaşacaq.
- "Neftçi"dən ayrılan yığmamızın üzvü: "Legioner həyatı yaşamaq şansım varsa..." - MÜSAHİBƏ
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- Ris Ceyms DÇ-2022-yə aparılmayacaq
- “Neftçi”dən inamlı qələbə
- Vüsal İsgəndərli: “Bir saata yaxın hamı səssiz oturdu, heç nə danışmadı...” - MÜSAHİBƏ
0
0