Ramil Şeydayevin klubuna yeni prezident seçildi
11.06.2024 - 17:19
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" klubunda prezident seçkiləri olub.
Apasport.az xəbər verir ki, bu, Türkiyə təmsilçisinin Növbədənkənar Seçki Konfransı çərçivəsində baş tutub.
Prezidentliyə yeganə namizəd olan Recep Durul bu posta seçilib. O, 3 ay əvvəl istefa verən Engin Koyunu əvəzləyib.
Qeyd edək ki, Şeydayev 2024-cü ilin əvvəlində "Kocaelispor"a keçib.
- Qurban Qurbanov: "Yükü çiynimdə daşıdığımı düşünmürəm"
- "Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- Okan Buruk: “Hədəfim ardıcıl 4-cü dəfə çempion olmaqdır”
- Bakıda lisenziya xarakterli beynəlxalq atletika yarışı başladı
0
0