Ramil Şeydayevin yeni klubu bəlli oldu - RƏSMİ
03.08.2026 - 20:06
Ramil Şeydayevin yeni klubu bəlli oldu - RƏSMİ

Rusiya I Liqa təmsilçisi “Şoçi” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 30 yaşlı futbolçu ilə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Şeydayev yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü son olaraq “Qarabağ”ın heyətində çıxış edib.