Azərbaycan millisinin futbolçusu Rauf Əliyev I divizionda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Kəpəz”in hücumçusu Gəncə təmsilçisinin ikinci komandasının “Qarabağ-2” ilə səfər matçında şans qazanıb.
Rauf bu görüşün qəhrəmanı olub. Komandasının 0:1 hesabı ilə geridə olduğu vaxt ustalığını nümayiş etdirən Əliyev 19 dəqiqəyə “Qarabağ”ın ikinci komandasına üç qol vurub. Onun het-triki və son dəqiqələrdə komanda yoldaşının vurduğu top qonaqlara 4:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, qol hesabını 8-ə çatdıran Rauf sonradan ikinci komandaya qoşulmasına baxmayaraq bombardirlər yarışında 3-cü pilləyə şərik olub. Onu zirvədəki cütlükdən bir top ayırır.
- “Liverpul” Nunyesdən əl çəkmir
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
- Reqekampf: "O, çatışmazlığımızı aradan qaldıracaq" - VİDEO
- İngiltərə Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib