
“Real”ın yarımmüdafiəçisi Marko Asensio komandasını dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumameylli oyunçu “kral klubu”nda qalmaq istəyində olduğunu gizlətməyib.
Ancaq İspaniya millisinin üzvünün bunun üçün şərti var: “Bu yay “Real”dan gedəcəyəm, yoxsa qalacağam? Axı üçüncü variant da var – daha bir mövsüm burada oynamaq. Çünki müqaviləyə əsasən hələ bir ilim var. Tezliklə rəhbərliklə danışacağam. Qarşıdakı illərdə müntəzəm meydana çıxmaq istəyirəm. Bu mənim üçün vacibdir”.
Qeyd edək ki, Marko Asensio ötən mövsüm 42 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə verib.
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- Nicat Abasov Dünya Kubokuna vəsiqə qazandı
- "Omoniya"nın baş məşqçisi: ""Zirə" bu oyunda yeni həll yolları tapmağa çalışacaq"
- Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
- "Qəbələ" "Sabah"la yoldaşlıq görüşü keçirəcək