Renat Dadaşov "Sürix"ə qol vurdu
19.02.2023 - 23:51

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopers" İsveçrə çempionatında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, komanda XXI turda evdə "Sürix"lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
"Qrasshopers"in yeganə qolunu da 30-cu dəqiqədə penaltidən Dadaşov vurub. Bu onun cari mövsümdə vurduğu 5-ci qoldur. Start heyətdə meydana çıxan Renat 76-cı dəqiqədə Kosovo əsilli forvard Şkelçim Demhasayla əvəzlənib.
Qeyd edək ki, "Qrasshopers" İsveçrə Superliqasında 24 xalla 7-ci sıradadır.
- Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"
- Yığma Avropa çempionatında iki bürünc qazandı
- Lionel Messi: “Mən həmişə buna inanmışam”
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- Konfrans Liqası: "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub
0
0